Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Press-relizlər

tarixindən tarixinə
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
19 oktyabr 2017Oktyabrın 19-da  Daxili İşlər Nazirliyinin öncül qurumlarından olan xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Cüdo Federasiyasının rəhbəri Rövnəq Abdullayev tədbirdə iştirak ediblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
18 oktyabr 2017

Respublikanın daxili işlər naziri, general-polkovnik  Ramil Usubov oktyabrın 18-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Solini qəbul edib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı
17 oktyabr 2017Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılmış və onu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilmişlər.
Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin məlumatı
16 oktyabr 2017Oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəktləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər.
Vətəndaşların nəzərinə
10 oktyabr 2017Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il oktyabr ayının 21-də saat 10:00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinlərini Gəncə şəhər Baş Polis İdarəsində qəbul edəcəkdir.
Vətəndaşların nəzərinə
09 oktyabr 2017Son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Daxili İşlər Nazirliyinə müraciətlər daxil olmaqdadır.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətlərinin məlumatı
02 oktyabr 2017Vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılmışdır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
30 sentyabr 2017Daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
26 sentyabr 2017Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatının - İnterpolun Baş Assambleyasının 86-cı sessiyasında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfərə gedib.
Bakı Şəhər Baş Polis İdarəsindən
23 sentyabr 2017Sentyabrın 23-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.