Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mühəndis-inspektor vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

08.04.2009

Müsabiqədə informasiya texnologiyaları və sistemləri ilə işləməyi bacaran mütəxəssislər, həmçinin Baki Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika", Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompyuter texnikasi", "Radiotexnika və rabitə", Azərbaycan Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması"  fakültələrini bitirmiş, silahlı qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 170 santimetrdən aşağı, yaşı isə 30-dan (elmi dərəcəsi olan mütəxəssislər 35-dən) yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Xidmətə qəbul üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

 - şəxsiyyət vəsiqəsi

 - ali təhsil haqqında diplom

 - hərbi bilet

 - əmək kitabçası (olduqda)

 Namizədlərin bilik səviyyəsi, daxili işlər orqanlarının əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə sağlamlıq vəziyyəti və fiziki hazırlığı müvafiq komissiyalar tərəfindən yoxlanılacaqdır.

Müsabiqə üçün sənədlər Daxili Işlər Nazirliyinin inzibati binasında (Bakı şəhəri, Azərbaycan prospekti, 7) aprelin 10-dan mayın 10-dək (bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək qəbul edilir.

 Əlaqə telefonları: 590-93-23; 590-95-15 (daxili:13-23; 15-15)


geriyə