Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
| Abituriyentlərin nəzərinə |
|
| 05 avqust 2010 2010-2011-ci tədris ilində DİN-in Polis Akademiyasına qəbul olunmuş abituriyentlər 2010-cu ilin avqust ayının 30-da saat 09:00-da şəxsiyyət vəsiqəsilə Polis Akademiyasında (Bakı ş. Şüvəlan qəs. A.İldırım küç. 3) olmalıdırlar. Əlaqə telefonları (012) 454-12-78, 454-34-57 |
| Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mühəndis-inspektor vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir |
|
| 08 aprel 2009 Müsabiqədə informasiya texnologiyaları və sistemləri ilə işləməyi bacaran mütəxəssislər, həmçinin Baki Dövlət Universitetinin "Tətbiqi riyaziyyat və kibernetika", Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompyuter texnikasi", "Radiotexnika və rabitə", Azərbaycan Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültələrini bitirmiş, silahlı qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 170 santimetrdən aşağı, yaşı isə 30-dan (elmi dərəcəsi olan mütəxəssislər 35-dən) yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. |