Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

«Polis» qəzeti


Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş "Polis" qəzeti 5 minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində, A2 formatında, iki rəngdə nəşr edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin redaksiyası polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadhqlanna hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydalarm qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasma xidmət edir.

Qəzetin əməkdaşları öz oxucu auditoriyasını genişləndirmək, polisin ağır və şərəfli fəaliyyətini işıqlandırmaq, cinayətkarlıqla mübarizə və onun profılaktikasında ictimai təhlükəsizliyin, sabitliyin qorunmasında, təbliğində, əhali arasında onun nüfüzunun gündən-günə yüksəldilməsində yazılar dərc etmək üçün öz imkanlarını daha da səfərbər etməyə çalışır.