Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2014-cü ilin 1-ci yarımili üzrə təhlil


2014-cü ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair  təhlil

Azərbaycan Respublikası cinayətkarlığa qarşı mübarizənin , ictimai asayişin təmin edilməsinin vəziyyəti baxımından dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə öncül mövqedədir və əmin-amanlığın yüksək səviyyədə təmin edildiyi dövlət imicini bu gün də qoruyub saxlayır. Ötən 10 ilə diqqət yetirsək, hər il orta hesabla 20 minə yaxın cinayət qeydə alınır və onların 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır, qalan 10%-i ağır və xüsusilə ağır növlərdir. Birləşmiş Millətlər Təşkilatının rəsmi hesabatlarına görə əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,9 fakt, quldurluqlar 1,4 fakt, hədə-qorxu ilə tələb etmələr 0,4 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. 

Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan müsbət təmayüllər 2014-cü ilin 6 ayında da davam etmiş, kriminogen durum nəzarətdə saxlanılmışdır.     
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 12231 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə +1302 və ya +11,9%) cinayət qeydə alınmışdır. Onların 92 %-i və ya 11226-ı daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu cinayətlərin 87,2 faizini böyük ictimai təhlükə törətməyən (3516) və az ağır (6275), yalnız 12,8%-ni (1435) ağır və  xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 2220-i (2013-cü ilin 1-ci yarımilliyi ilə müqayisədə 147 və ya 7,1% çox) şəxsiyyət əleyhinə, 4925-i (+912; +22,7%) iqtisadi sahədə törədilən, onlardan 4859-u (+913; +23,1%) mülkiyyət əleyhinə, 3690-ı (+63;+1,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə,  391-i (+56; +16,7%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Cinayətlərin açılması  da yüksək olmaqla 80,1% təşkil etmişdir. Bu mühüm sahədə əsas səylər - zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının və ədalətin bərpasına yönəlmişdir.
Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşmaqla (+2,8%) 71 faizə yüksəlmişdir.    
Həyata keçirilən sistemli və məqsədyönlü profilaktik tədbirlər nəticəsində respublikanın bir çox şəhər, rayonu üzrə ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunmuşdur.
Bütovlükdə isə, bu nov cinayətlərin strukturunda şəxsiiyət əleyhinə olanlar 5,4%(-24, 443-419), o cümlədən qəsdən adam öldürmələr 13,8%(-15, 109-94), qəsdən sağlamlığa zərər vurmalar 5,7% azalmışdır(-11, 194-183).
Eyni zamanda, ictimai yerlərdə baş verən cinayətlər 13%(812-707), mütəşəkkil dəstələr   tərəfindən  törədilən  cinayətlər  62%(7-13), qrup  halında cinayətlər 8% (1039-1130) və yetkinlik yaşına çatmayanların cinayətləri 2,5%(347-356)azalmışdır.   
 
Mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar 565 (+23,1%;3012-2447), dələduzluq cinayətləri 250 (+24,3%; 1280-1030), soyğunçuluqlar 20(+19,4%; 123-103), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər  12 (+8,4%; 155-143) fakt artmışdır.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafiklə va insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər məqsədyönlü olmuşdur.
Narkotiklərlə əlaqədar 1743 cinayət, o cümlədən satışı ilə bağlı 449 fakt fakt müəyyən edilmiş, 90 nəfərdən ibarət 27 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qanunsuz dövriyyədən 373 kiloqrama yaxın narkotik vasitə çıxarılmışdır.
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1252 nəfərdən 1150-i (91,9%) əmək qabiliyyətli işləməyən və oxumayan, 353-ü (28,2%) əvvəllər cinayət törətmiş şəxs, 32-i (2,6%) qadınlardar.

İnsan alverinə qarşı ardıcıl şəkildə həyata keçirilən əməliyyat tədbirləri ilə 50 cinayət müəyyən olunmuşdur. Həmin faktlar əsasında başlanmış cinayət işləri üzrə 7 nəfər məhkəmə məsuliyyətinə verilmiş və bu əməllərin qurbanı olmuş 39 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.  
Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 241, o cümlədən 54 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
Təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri 2,5% yaxşılaşaraq istintaqdan və məhkəmələrdən yayınan 1125 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarış verilmiş 49 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri myəyyən olunmuşdur. Ümumilikdə, axtarılanların 52,3 faizinin tutulması təmin edilmişdir.

Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə ağır və xüsusilə ağır cinayətlər törətmiş 328 nəfərdən ibarət 114 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlama və daşıma ilə bağlı 71 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 6211 nəfər, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1093 şəxs məhkəmə məsuliyyətinə cəlb edilmişdir.

                                              Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi