Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

2012-ci ilin yekun təhlili


2012-ci il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlərin təhlili

2012-ci il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə respublikada 21897 (2011-ci il ilə müqayisədə -2366 və ya -9,8%), o cümlədən daxili işlər orqanları tərəfindən 20675 (-2307; -10%) cinayət qeydə alınmışdır.

DİN sistemi üzrə qeydə alınmış cinayətlərin 9498-i (45,9%) az ağır, 8763-ü (42,4%) böyük ictimai təhlükə törətməyən, 2414-ü (11,7%) ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Qeydə alınmış cinayətlərin strukturunda 6513-ü (2011-ci il ilə müqayisədə -1413 və ya 17,8%) şəxsiyyət əleyhinə, 6996-ı (-726; -9,4%) iqtisadi sahədə törədilən, onlardan 6904-ü (-706; -9,3%) mülkiyyət əleyhinə, 6500-ü (-114; -1,7%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 665-i (-55; -7,6%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.

Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 86,2%, onlardan şəxsiyyət əleyhinə olan cinayətlərin 97,7%, insan alveri ilə bağlı cinayətlərin 96,7%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 94,5% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 96,2%), zorlamaların 93,8%, qəsdən adam öldürmə cinayətlərin 92,4%, qaçaqmalçılıq cinayətlərinin 92,3%, hədə-qorxu ilə tələb etmə cinayətlərinin 92,3%,narkotik vasitələrlə bağlı cinayətlərin 91,6%, qəsdən sağlamlığa ağır zərər vurmaların 91,2%, xuliqanlıqların 90,6%, mənimsəmə və israf etmə cinayətlərinin 89,2%,dələduzluq cinayətlərinin 88,4%, quldurluqların 80,4% açılması təmin edilmişdir.
2012-ci il ərzində cinayətkarlığın dinamikası soyğunçuluqların 17,6% (-54; 252-306), ogurluq cinayətlərinin 15,6% (-783; 4236-5019), quldurluq cinayətlərinin 13,7% (-21;132-153), ekoloji cinayətlərin 13,3% (-18; 117-135) azalması ilə xarakterizə olunmuş, adamları girov götürmə cinayətlərindən 1 fakt qeydə alınmışdır.
Ağır və xüsusilə ağır cinayətlər 159 (+7,1%; 2414-2255), dələduzluq cinayətləri 128 (+8,1%; 1716-1588), qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 49( +15,2%, 372-323), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 39 (+14,9%; 301-262) fakt artmışdır.
İnsan alveri ilə bağlı cinayətlərə görə 145 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 21,4% (+24; 136-112) artmış, həmin cinayətləri törədənlərin 51%-i (74) qadınlar olmuşdur.
Hesabat dövründə daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 595 kiloqramdan artıq narkotik vasitə götürülmüş, 54 kq-dan artıq narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2181 nəfərdən 2007-i (92%) əmək qabiliyyətli işləməyən və oxumayan, 618-i (28,3%) əvvəllər cinayət törətmiş şəxs, 45-i (2,1%) qadın, 5-i (0,2%) yetkinlik yaşına çatmayandır.
Görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
2011-ci il ilə müqayisədə əvvəllər məhkum edilmiş şəxslər tərəfindən 3% (-54; 1743-1797), qadınlar tərəfindən 18,4% (-379; 1677-2056), işləməyən və oxumayanlar tərəfindən törədilən cinayətlərin sayı 9,5% (-1427; 13669-15096) azalmış, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 3,4% (+16; 490-474) artmışdır.
Hesabat dövründə axtarışda olan təqsirləndirilən şəxslərin 2200-ü (64,5%), o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 359 nəfər (10,5%) tutulmuş, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 902 şəxsdən 665-nin (73,7%) yeri müəyyən edilmişdir.
2012-ci il ərzində 12526 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 10135-i (80,9%) işləməyən və oxumayan, 1694-ü (13,5%) əvvəllər məhkum edilmiş, 1018-i (8,1%) qadın, 359-u (2,9%) yetkinlik yaşına çatmayanlar olmuşdur.


Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi