Rəhbərlik
Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
Azərbaycan Respublikasının Daxili İşlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir.
Kollegiyanın sədri tutduğu vəzifəyə görə Daxili Işlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Azərbaycan Respublikasının Daxili Işlər naziri, general-polkovnik Usubov Ramil İdris oğlu
Azərbayсan Respublikası Daxiİi İşlər nazirinin müavini, polis general-leytenantı Eyvazov Vilayət Süleyman oğlu
Azərbaycan Respublikasının Daxili Işlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu
Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Ələkbərov Əsgər Ələkbər oğlu
Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Həsənov Zakir Əsgər oğlu
Naxçıvan Muxtar Respublikasının Daxili Işlər naziri, polis general-leytenantı Əhmədov Əhməd Hüseyn oğlu
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilati-inspektor İdarəsinin rəisi, polis general-mayoru Quliyev Fazil Balahəsən oğlu
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Şəkinski Emin Əkrəm oğlu
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Məmmədov Cavanşir Qəhrəman oğlu
Azərbaycan Respublikasının DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Quliyev Mədət Qəzənfər oğlu
Bakı şəhəri Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Abbasov Rafiq Qoşunəli oğlu