DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rəksanə Əliyeva axtarış məsələsi ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nəzrin İbrahimli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Bəxtiyar Nəcəfov müraciətlərinin qısa müddətdə müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kəmalə Sədrəddinova müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Paytaxtın Suraxanı rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirən vətəndaş Bəxtiyar Kazımov onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Amin Xıdırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Göstərilən köməkliyə görə minnətdaram. Məsələ polis əməkdaşlarının yardımı sayəsində həllini tapdı”.

Vətəndaş Elgün Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Gedəcəyin ünvanın yolunu tanımadığımı bilən yol-patrul xidmətinin əməkdaşları mənə köməklik etdilər, onları yardımı ilə ünvana rahat çatdım. Təşəkkür edirəm!”.

Bakı şəhər sakini Zamiq Sərdarov müraciətinə operativ baxıldığını və müsbət həll olunduğunu qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər Mətin Qaraquliyev müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.